Ermənistan

Ermənistan Fransadan sursat da alacaq

29 İyun 2024 09:20
Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan SEZAR artilleriya sistemlərinin onuncu müştərisi olub. Müvafiq qərar Ermənistanın müdafiə naziri Suren Papikyanın "Eurosatory" müdafiə sərgisinə səfəri zamanı verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Forces Operations Blog" nəşri yazıb.

Xatırladılıb ki, Ermənistan 36 ədəd "Sezar" alacaq ki, bu da iki artilleriya batalyonunu təchiz etməyə kifayət edir. Bundan əlavə, KNDS şirkəti Ermənistan Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında müqavilə də imzalayıb. Ehtiyat hissələri ilə yanaşı, müqaviləyə 155 mm-lik döyüş sursatı partiyalarının tədarükü daxildir.

Bildirilir ki, hələ ötən ilin noyabrında bir neçə senator bu avadanlığın effektivliyini və 2024-cü ildə "Nexter"in yeni istehsal imkanlarını nəzərə alaraq, "Sezar" artilleriya sistemlərinin çatdırılmasının mümkün qədər tez araşdırılmasını tövsiyə etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.