Ermənistan

Baqrat seçki istəmir – Keşiş yenə özünü ifşa etdi

29 May 2024 11:13
Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erməni keşiş Baqrat Qalstanyan siyasətdə naşı olduğunu və başından hündürə tullanmaq istədiyini bir daha büruzə verib. Keşiş jurnalistlərdən birinin "hökumət erkən seçkiyə qərar verərsə, münasibətiniz necə olacaq" sualına belə cavab verib ki, bu məsələni nəzərdən keçirmirlər. Necə yəni nəzərdən keçirmirsiz? Bəs onda Baş nazir Nikol Paşinyanı necə hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz?

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda keşiş Baqratın baş nazirliyə iddiasını ortaya qoyması haqda qeyd edib.

"Adətən müxalifət hakimiyyətin istefasını tələb edəndə paralel olaraq erkən seçkilər tələb edir. Deməli, keşiş və onun arxasındakı qüvvələrin dərdi seçki yoluyla hakimiyyətə gəlmək deyil, xunta rejimi formalaşdırmaqdır. Görünür, seçkidə yenə məğlub olacaqlarını anlayırlar. Əslində Nikol Paşinyan keşişin "erkən seçki istəmirik" ifadəsindən radikallara qarşı istifadə edə bilər", - o vurğulayıb.

Qeyd edək ki, Ermənistanda keşiş Baqratın rəhbərliyi ilə delimitasiyaya qarşı revanşistlərin silsilə aksiyaları bir müddətdir davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.