Ermənistan

Kreml qəti addım atdı: Nikol “saf-çürük” edilir - Arkov

25 May 2024 09:04
Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada Avrasiya İqtisadi Şurasının yubiley sammitində, 8 mayda Putin-Paşinyan görüşündən sonra Rusiya ilə Ermənistan arasında əksər problemlərin aradan qaldırıldığı bildirildi. Bu barədə Moskvada olarkən Paşinyan özü danışmışdı. Lakin İrəvana qayıtdıqdan sonra o, ənənəvi olaraq, "başqa mahnı" oxumağa başladı - Kremlə qarşı köhnə iddiaları təkrarladı və yeni iddialar irəli sürdü.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, "PolitRus" ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

Arkovun sözlərinə görə, bu iddialar bu və ya digər şəkildə Azərbaycanla hərbi əməliyyatlar fonunda guya KTMT-nin fəaliyyət göstərməməsi və bu təşkilata üzvlüklə bağlıdır:

"Reallıqda KTMT-nin nizamnaməsi pozulmayıb, çünki Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində tədbirlər həyata keçirib və Ermənistanın dövlət sərhədini pozmayıb. Heç bir hərbi təcavüz faktı yox idi. Əvvəllər Ermənistanın nəzarətində olan Azərbaycan kəndlərinin qaytarılmasına gəlincə, bu, tamamilə sülh yolu ilə - Ermənistan tərəfindən rəsmən tanınan 1991-ci il Almatı Bəyannaməsinin müddəalarına uyğun olaraq həyata keçirilib. Yəni Ermənistanın KTMT-yə qarşı iddialarının qanuni əsasları yoxdur".

Ekspert bildirib ki, İrəvanın sadəcə, Qərbdəki sahiblərindən göstərişləri var:

"Yəni təkcə KTMT-dən ayrılmaq yox, bloku içəridən məhv etmək. İndi isə Paşinyan daha da aldadıcı bəyanatlar verir - guya Ermənistana qarşı müharibənin hazırlanmasında iştirak etmiş iki KTMT üzvü haqqında. Erməni baş nazir bu "iki KTMT üzvünün" adını ictimaiyyətə açıqlamadı, bu da versiyalar dalğasına səbəb oldu. Kreml Ermənistandakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırmaqla Paşinyana başa salır ki, Rusiya-Ermənistan münasibətlərinin formatını yenidən nəzərdən keçirməklə bağlı ciddi niyyəti var. Rusiya-Ermənistan münasibətlərinin niyə məhz indi "saf-çürük" edilməsinə başlandığı ilə bağlı suala gəlincə, hesab edirəm ki, bu, Rusiyadakı seçkilərlə bağlıdır. Təkcə Ermənistanla deyil, bir sıra digər vacib, lakin təcili olmayan mövzular da "andiçmədən sonra"ya keçirildi. Və indi biz Kremlin onları necə qəbul etdiyini görürük. Bu, kuluarlarda erməni mövzusunun bir gün də olsun Kremlin gündəmindən düşmədiyinin də göstəricisidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.