Ermənistan

İrəvan və Astana qardaşlaşdı - YENİLƏNİB

15 Aprel 2024 11:58
Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:58

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, imzalanma mərasimi Ermənistan prezidentinin iqamətgahında baş tutub.

Tərəflər miqrasiya və vətəndaşların qalma sahəsində əməkdaşlıq haqqında saziş, Armavir və Manqistau regionları arasında əməkdaşlıq memorandumu, turizm sahəsində əməkdaşlıq proqramı, 2024-25-ci illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Bundan əlavə, İrəvan və Astananın qardaşlaşmış şəhərlərə çevrilməsinə dair sənədlər imzalanıb.

-----------

11:09


Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin "X" hesabında paylaşım edilib.

Qeyd edək ki, Qazaxıstan Prezidentinin Ermənistana rəsmi səfəri bu gün başlayıb. Onu İrəvanda Zvartnos hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Məlumata görə, Qazaxıstan liderinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra dövlətlərarası müqavilələr imzalanıb.

İnformasiyaya əsasən, bundan başqa Kasım-Jomart Topkayevin Ermənistan prezidenti Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Somonyanla da görüşəcəyi gözlənilir.

---------

09:37


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, onu bu ölkənin Baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb.

Səfər çərçivəsində Tokayev Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.