Ermənistan

Paşinyanın müavini: Azərbaycanla delimitasiyanın Tavuşdan başlanması barədə qərar yoxdur

3 Aprel 2024 19:29
Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin Tavuş vilayətindən başlanması barədə qərar yoxdur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan tərəfdən Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya rəhbərlik edən Baş nazirin müavini Mqer Qriqoryanın Ofisindən "Azadlıq Radiosu"nun erməni xidmətinə bildirilib.

Qriqoryanın ofisindən o da qeyd olunub ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının növbəti görüşü ilə bağlı razılıq yoxdur.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfəri zamanı prosesin məhz bu bölgədən başlanacağı barədə bəyanat vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.