Ermənistan

Simonyan: Hazırda Aİ-yə üzvlük üçün ərizə verməyi müzakirə etmirik

27 Mart 2024 19:36
Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan hazırkı mərhələdə Avropa İttifaqına daxil olmaq üçün ərizə vermək məsələsini müzakirə etmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

Simonyanın sözlərinə əsasən, hazırda Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə mövzusu deyil:

"Düşünmürəm ki, belə bir hadisə baş verə bilər. Ermənistan hələ müraciət etməyib və Aİ-yə üzv və ya namizəd olmaq üçün gözləyir. Bizim görülməli çox işimiz var ki, Gürcüstan və ya Türkiyə kimi illərlə Aİ-yə üzvlüyü gözləməli olmayaq".

Spiker əlavə edib ki, ölkədə bir çox standartların dəyişdirilməsinə ehtiyac var və bu səbəbdən də Aİ üzvlüyü üçün müraciət edilsə, prosesin nə qədər vaxt aparacağı sual altındadır.

Xatırladaq ki, bir müddət öncə Alen Simonyan Ermənistanın Aİ ilə münasibətləri dərinləşdirməyə və üzvlüyə namizədliyə hazır olduğunu bəyan etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.