Ermənistan

"Rusiyanın Ermənistandakı hərbi bazası işə yaramayan anbardır"

27 Mart 2024 15:22
Baxış: 1 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı siyasi şərhçi Modest Kolerov Rusiyanın  Ermənistandakı hərbi bazasının əhəmiyyəti barədə danışıb.

Milli.Az xəbər verir ki, o,  "Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması qaçılmazdır və bu, Paşinyan dövründə geri çəkiləcək. Mən də düşünürəm ki, hərbi bazanın çıxarılması təşəbbüsü ilə Ermənistan çıxış edəcək.

Hərbi bazanın mövcudluğu çoxdan dayanıb. Əgər o, hərbi plana uyğun işləmirsə, bu, sadəcə olaraq köhnəlmiş və bir çox hallarda artıq paslanmış, işlək olmayan hərbi texnikanın hərbi anbarıdır.

Ona görə də baza Türkiyə üçün təhlükə yaratmır və ola da bilməz. Rusiyanın Ermənistandakı yeganə hərbi varlığı Gümrü hərbi bazasının Erebuni hava limanındakı filialıdır. Müasir texnika var, amma bunlar Ermənistan hakimiyyətinin icazəsi olmadan havaya qalxa bilməyən təyyarələrdir". deyə vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.