Ermənistan

Paşinyanın konstitusiya dəyişikliyində əsl məqsədi nədir?

23 Mart 2024 19:34
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyaya dəyişiklik etməklə həm də Rusiya hərbçilərini ölkə ərazisindən çıxarmaq istəyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

Bildirilib ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi gündəmdən düşməyib: "Çünki yalnız yeni konstitusiyada müvafiq müddəaları təsbit etməklə Ermənistan rusları ölkə ərazisindən çıxara bilər. Söhbət 1995-ci il dövlətlərarası müqavilə əsasında fəaliyyət göstərən Gümrüdə yerləşən 102-ci hərbi bazadan gedir. 2010-cu ildə sənədə dəyişikliklər edildi və bazanın yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadıldı. Odur ki, yalnız yeni konstitusiya ilə Ermənistan Rusiya qoşunlarını ölkə ərazisindən çıxara bilər".

Qeyd edək ki, Ermənistanda konstitusiya dəyişikliyi uzun müddətdir müzakirə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.