Ermənistan

"Ermənistan Ukraynaya ordu göndərə bilər"

27 Fevral 2024 13:45
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın təsəvvürü onların problemidir. Bu sual bizi narahat etməməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında "Demokratik Platforma" fondunun direktoru Qaregin Miskaryan Ukrayna lideri Vladimir Zelenskinin 4 martda Ermənistana səfər edəcəyi haqda məlumata Rusiyanın reaksiyasını şərh edərkən deyib.

O bildirib ki, xarici əlaqələr baxımından İrəvan mümkün qədər çox ölkə ilə əməkdaşlıq etməlidir:

"Çünki biz bu yaxınlarda başa düşdük ki, Rusiya bizim dostumuz deyil".

Onun sözlərinə görə, bu gün dünyada iki qütb arasında mübarizə gedir:

"Ermənistanın alternativi yoxdur. Ya biz demokratik dünyaya inteqrasiya olunmuş ölkə olacağıq, ya da bütün nəticələri ilə suveren dövlət olmaqdan çıxacağıq. Hətta ola bilər ki, Ermənistandan Ukrayna ordusuna çağırılsınlar".
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.