Ermənistan

Ermənistanda Hərbi İstintaq Baş İdarəsinə yeni rəis müavini təyin olundu

20 Fevral 2024 18:01
Baxış: 770
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinə yeni rəis müavini təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin sədri Arqişit Kərəmyanın əmri ilə Rəfael Vardanyan bu vəzifəyə təyin edilib.

Bildirilib ki, Rəfael Vardanyan 1987-ci il oktyabrın 6-da İrəvandan anadan olub. 2008-ci ildə İrəvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2008-2011-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin İstintaq əməliyyat bölməsində müstəntiq işləyib.

O, 2021-ci ildən Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin xüsusilə mühüm işlərin araşdırılması şöbəsinin rəisi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.