Ermənistan

Paşinyan tezliklə bunu elan edəcək - Şarmazanov

5 Fevral 2024 09:51
Baxış: 1 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tezliklə Paşinyan Türkiyənin Ermənistanın xarici təhdidlərdən müdafiəçisi olduğunu elan edəcək.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş vitse-spikeri Eduard Şarmazanov yazıb.

"Rusiya Federasiyasından hansısa məmur Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsini təklif etsəydi, nikolistlər və müxtəlif qərbyönlü "suverenlər" buna hiddətlə qarşı çıxardılar. Nikol bəyan edir ki, proseslərə həm də Türkiyə-Azərbaycan maraqları mövqeyindən baxmaq lazımdır. Hamınız Ermənistanın müstəqilliyini pozan, Türkiyə-Azərbaycan maraqlarının müdafiəçilərisiniz.

İş o yerə çatacaq ki, Nikol Türkiyənin bizi xarici təhlükələrdən qoruyacağını bəyan edəcək və hamı onu alqışlayacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.