Ermənistan

İrəvan bu şəxsi Rusiyaya verməkdən imtina etdi

31 Yanvar 2024 16:25
Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvan məhkəməsi Qroznıda homoseksuallıq şübhəsi ilə işgəncələrə məruz qalan Çeçenistan sakini Salman Mukaevi Rusiyaya ekstradisiya etməkdən imtina edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Mukayevə kömək edən "SK SOS" böhran qrupu məlumat yayıb.

Məhkəmə Mukayevin qaçqın kimi tanınması və ona sığınacaq verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Mukayev 2020-ci ildə Qroznıda heteroseksual və evli olmasına baxmayaraq, homoseksuallıqda şübhəli bilinərək saxlanılıb. Mukayev özü açıqlamasında bildirib ki, tanıdığı geylərin adlarını açıqlaması üçün bir neçə gün işgəncə verilib. Əməkdaşlığa razılıq verəndən sonra Mukayev azadlığa çıxıb. Bir müddət sonra isə Rusiyanı tərk edib.

Rusiyadan çıxdıqdan sonra çeçen hüquq-mühafizə orqanları ona qarşı qanunsuz silah satışı maddəsi ilə cinayət işi açıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.