Ermənistan

Ermənistanda Rusiya hərbçiləri saxlanıldı

10 Yanvar 2024 11:23
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rusiya hərbçiləri saxlanılıb.

Milli.Az bildirir ki, Ermənistanda patrul xidmətinin əməkdaşları "Opel" markalı avtomobili saxlayıblar, onun sürücüsü avtomobildən düşərkən şüşə pipetka və ağ kütləli plastik torbanı yerə atıb. Erməni KİV-lərinin məlumatına görə, hadisə yanvarın 6-da baş verib. Sürücü və ikisi Rusiya hərbçisi olan üç sərnişin saxlanılaraq polis şöbəsinə aparılıb. Saxlanılan şəxslərin axtarışı zamanı qatlanan bıçaq və içərisində ağ rəngli maddə olan qələm qapağı aşkar edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.