Ermənistan

Delimitasiya bağlı yeni görüşün tarixi təyin edilməyib - Mqer Qriqoryan

15 Dekabr 2023 15:06
Baxış: 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın növbəti görüşünün yeri və tarixi hələ təyin edilməyib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib. 

O, ilin sonuna qədər yeni təmasların olması ehtimalının az olduğunu vurğulayıb. 

Xatırladaq ki, noyabrın 30-u Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mqer Qriqoryanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. İclas Azərbaycanın Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.