Ermənistan

Balasanyanla bağlı sensasion iddia

27 Oktyabr 2023 10:54
Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağdan qaçan separatçıların nümayəndəsi Vitali Balasanyan Ermənistanda çevriliş etmək istəyib.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

İddia edilir ki, Balasanyan Xankəndidən qaçanda belə bir plan qurub.

O, Ermənistana gəldikdən sonra "Vətən" partiyasının sədri Artur Vanetsyanla görüşüb. Görüş zamanı Qarabağdan köçən erməniləri təşkilatlandırmaq, ölkədə ofislər açmaq üçün Vanetsyandan pul istəyib.

Onun əsas məqsədinin Qarabağ erməniləri vasitəsilə Ermənistanda çevriliş etmək olduğu bildirilir. Lakin Vanetsyan Balasanyanın xahişini rədd edib.

Qeyd edək ki, V.Balasanyan bir müddət öncə Ermənistanda polis məntəqəsinə yaxınlaşaraq silahını təhvil vermişdi. Onun barəsində cinayət işi açılmışdı.

Çevriliş planı iddiasından sonra V.Balasanyanın həbs ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.