Ermənistan

Ermənistanın sabiq müdafiə naziri: “Su-30”-lar dövlət büdcəsi hesabına alınmayıb

2 Avqust 2023 03:03
Baxış: 2 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan ordusu üçün Rusiya istehsalı "Su-30" döyüş təyyarələri dövlət büdcəsi hesabına almayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ölkənin sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində bu gün keçirilən iclasında izahat verən zaman deyib.

"Rusiyanın "Su-30" təyyarələri Ermənistan dövlət büdcəsi hesabına alınmayıb. Həmin təyyarələr hökumətin tədbirlər proqramı çərçivəsində alınıb və onlara sərf olunan vəsaitin mənbəyi kimi qanunla qadağan olunmayan digər mənbələr göstərilib", - Tonoyan bildirib.

Sabiq nazir həmçinin qeyd edib ki, həmin mənbələri ictimaiyyətə açıqlaya bilməz və bu haqda məlumat yalnız qapalı iclas zamanı verilə bilər.

Tonoyan onu da əlavə edib ki, qırıcı təyyarələrin sayına görə Ermənistan ordusu Azərbaycanla müqayisədə sıfır səviyyəsində idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.