"Demokrat" Paşinyan etirazçıları güllələdir, Qərb isə susur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dörd il bundan öncə Ermənistanda "məxməri inqilab" yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan bu illər ərzində nə ilə yadda qalıb? Bu suala cavab tapmaq elə də böyük zəhmət tələb etmir. Tək erməni mediası deyil, rus, Qərb mediasında bununla bağlı kifayət qədər material tapmaq mümkündür.
Hakimiyyətdə qalmaq üçün rəqiblərini vurub sıradan çıxarmaq, siyasi opponentlərini həbs etmək və s. "demokrat" Paşinyanın idarəçilik üslubuna çevrilib. Əvvəlki hakimiyyətlə indiki idarəçilik arasında elə də ciddi fərqin olmadığını indi əksər xarici müşahidəçilər də təsdirləyir. Hakimiyyəti uzun dövr ərzində siyasi opponentlərə genişmiqyaslı təzyiqlər, zorakılıq metodlarlndan istifadə etdi. Vaxtilə hakimiyyətdə olmuş şəxslər, onların yaxınları həbs olundu, etiraz aksiyaları qəddar şəkildə dağıdıldı, tənqidçi media susduruldu, kütləvi həbslər həyata keçirildi. İndi isə Paşinyanın siyasi opponentləri, hakimiyyəti tənqid edən şəxslər sadəcə güllələnir.
Bu yerdə xatırladaq ki, bu, Qərbin Ermənistanda insan haqlarının pozulmasını görməzliyə vurduğu ilk hal deyil. Ermənistanda müxalif siyasətçi və jurnalist Mger Yegizaryan həbsxanada aclıqdan vəfat edib. N. Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan reqressiv vasitələrdən geniş istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın Baş naziri siyasi rəqiblərini bir-bir həbsə atır, onları "asfalta uzatmaqla" hədələyir və bunu edir. N. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb, bəziləri həbs olunub, hazırda istintaq davam edir. N. Paşinyan ölkədə avtoritar rejim yaratmağa cəhd göstərir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı yaranan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu isə N. Paşinyanın əl-qolunu daha da açır.
Təsəvvür etmək çətin deyil ki, belə hal Azərbaycanda baş versəydi, Qərbin müəyyın dairələrinin göstərişi ilə beynəlxalq hüquq-müdafiə təşkilatları, mediası, ayrı-ayrı ekspertlər Azərbaycana qarşı necə şiddətli qara piar kampaniyası həyata keçirməyə başlayacaqdılar. Ancaq Qərb demokratik hesab etdiyi Paşinyan hakimiyyətinin öz tənqidçilərini qətllərlə aradan götürməsinə belə heç bir reaksiya vermir. Bu, ikili standartların, ədaləysizliyin və ikiüzlülüyün bariz nümunsədir.
Başqa bir məqama da toxunmamaq olmur. Nikol Paşinyan da Qərbin ikili standartı qarşısında qalıb gah Türkiyəyə sülh çağırışı edərək sərhədlərin açılmasını, rəsmi Ankara ilə münasibətlərin şərtsiz normallaşdırılmasını istəyən kimi fikirlər səsləndirib sülhpərvər imici qazanmağa çalışır, gah da Rusiyanın əli ilə rəsmi Moskvanın ifadə etdiyi kimi, guya regionda hərbi qüvvə tarazlığının təsis edilməsi naminə yenidən silahlanma yarışına girir, sülh sazişini imzalamağı gecikdirərək Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımaqdan imtina edir. Ancaq Şuşa və Bakı bəyannamələri ilə artıq regionda yeni hərbi təhlükəsizlik vəziyyəti yaranıb. Bir sıra imperiya gücləri çox istəsələr də, nəticələri dəyişdirmək mümkün olmayacaq.
Ermənistanın məhdud milli potensialı, coğrafiyasının qeyri-məhsuldarlığı, başqa dövlətlərin əlində alətə çevrilməsi, özlərini dibsiz quyunun dərinliyinə yuvarlamaları davam edəcəkmi, yoxsa kin, nifrət və işğalçı niyyətləri tərk edib Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri yaradacaqlarmı? Bu suala cavab hələ ki yoxdur. Beləliklə, rəsmi İrəvanla birlikdə artıq Qərb ölkələrinin də bu yol ayrıcından çıxaraq qərar vermək zamanları çatıb.
Kamran Seyidov
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu





