Ermənistan

Paşinyan sabah Putinlə hansı sənədi imzalayacaq?

18 Aprel 2022 14:54
0 Şərh     Baxış: 1 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-da Moskvaya gözlənilən səfəri çərçivəsində bəzi sənədlər imzalanacaq.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bunu Sputnik Ermənistan-a açıqlamasında Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, parlamentin "Mənim şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyan deyib.

"Mən bilirəm ki, Ermənistanla Rusiya arasında hansısa sənəd imzalanmalıdır. İlkin məlumata görə, bu, ikitərəfli münasibətlərə aid olacaq. Qalan hər şeyə gəlincə, bunu səfərdən sonra başa düşəcəyik", - deyə Artur Vanetsyan gözləntilərlə bağlı sualı cavablandırıb.

Vanetsyan bildirib ki, şəxsən onun Paşinyandan heç bir müsbət gözləntisi yoxdur.

Bazar günü Vanetsyan İrəvanda Azadlıq meydanında mitinq təşkil edib. O, Qarabağın taleyinə biganə olmayan bütün erməniləri aksiyaya qoşulmağa çağırıb. Lakin mitinqin kütləviliyi baş tutmayıb.

Axşam saatlarında siyasətçinin tərəfdarları nəqliyyatın hərəkətini kəsmək istəyərkən polislə kiçik qarşıdurmalar olub. Bir neçə nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.