Dünya

Atatürk hava limanını Rusiya vətəndaşı partladıb - FOTO

30 İyun 2016 11:20
3 Şərh     Baxış: 10 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəni qana bulayan terroristlərdən birinin kimliyi haqqında yeni məlumatlar əldə edilib.

Milli.Az "Hürriyet"ə istinadən xəbər verir ki, terroristlər Vatan caddesindən taksiyə minərək hava limanına gəliblər. Onlar beynəlxalq terminalın qarşısında üzərində partlayıcı olan jiletlərini geyindikdən sonra bir-birindən aralanıblar. Əvvəlcə Kalaşnikovdan atəş açan, sonra özünü partladan "canlı bomba"lardan birinin Rusiya vətəndaşı, çeçen Osman Vadinov olduğu məlum olub. 

Son məlumatlara görə, İstanbul hava limanında terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. Baş verən terrakta görə "İslam dövləti" terror qruplaşması (İŞİD) məsuliyyəti öz üzərinə götürüb.

Bəxtiyar Umarlı 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.