Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kəngərli rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.
Oxu.Az Milli.Az-a istinadla xəbər verir ki, xəstəxananın növbətçi həkimi Əfruz Hüseynovanın sözlərinə görə, yaralılar Təcili Tibbi Yardım briqadaları tərəfindən tibb müəssisəsinə gətiriliblər.
Bildirilib ki, xəsarət alanlar ilkin tibbi müayinədən keçirilib və hazırda onların müalicəsi davam etdirilir. Xəstələr müvafiq şöbələrə yerləşdirilib və vəziyyətləri orta-ağır qiymətləndirilir.
-----------
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Yeni Kərki kəndi ərazisindən keçən hissədə qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2010-cu il təvəllüdlü Mirməhərrəm Afət oğlu Seyidov hadisə yerində həyatını itirib.
Qəza zamanı 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə, 1981-ci il təvəllüdlü Rüqəyyə Bağır qızı Seyidova və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda 24 yaşlı gənc dənizdə boğuldu
-
Bakıda hoteldə 42 yaşlı kişinin meyiti tapıldı
-
Kəmalə Günəşli heç vaxt üzünü göstərmədiyi qızından danışdı: "Nə "TikTok", nə də "Instagram"ı var" - (Video)
-
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edilib
-
"İspaniya bizdən daha üstün oynadı" - Messi
-
Şuşada 1 ton çəkidə çətənə kolları məhv edilib
-
DÇ-2026-nın ən yaxşı qapıçısı odur
-
Polis 11 tüfəng və 198 patron aşkarlayıb
-
Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi - (Video)
-
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılıb
-
Kilian Mbappe "Qızıl buts" qazandı
-
İtkin düşmüş kimi axtarılan 13 nəfər tapılıb
-
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb
-
Xatirə İslamın əri bu videolarına görə cərimələndi
-
Bakı və Astarada işıq olmayacaq
-
Marketdə foto çəkməyə görə cərimə oluna bilərsiniz?
-
Argentina antirekordla dünya çempionatı tarixinə düşdü
-
Faktiki hava açıqlandı: Bir sıra rayonlarda güclü leysan yağır
-
Ağlayan Messini Yamal belə təsəlli etdi - VİDEO
-
Ötən həftədə 9 nəfərin meyiti aşkarlanıb, 55 nəfər xilas edilib
-
İranda ard-arda iki güclü zəlzələ oldu
-
DÇ-2026: Finalın və dünya çempionatının ən yaxşı futbolçuları seçildi
-
Formula 1-də Belçika Qran-Prisini Antonelli qazandı
-
Valideynlərinin yolunu seçən məşhurların övladları – Sənəti nəsildən-nəslə davam etdirirlər - (Foto)





