Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb

20 İyul 2026 10:26
Baxış: 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Daxili İşlər Nazirliyi (DİN) iyulun 18-19-da ölkə ərazisində qeydə alınan cinayət hadisələri ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, hesabat dövründə polis əməkdaşları tərəfindən ümumilikdə 95, əvvəlki dövrlərdən bağlı qalan isə 7 cinayətin açılması təmin edilib.

Bildirilib ki, axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 32-si borclu şəxs qismində axtarışda olub.

Həmçinin polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 42 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 14 hal müəyyən edilib.

Məlumata əsasən, cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.