Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən klinikalardan birində qadına qeyri-tibbi şəraitdə liposaksiya (piysorma) edildiyini əks etdirən görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən pasiyent əməliyyatla bağlı yaşadıqlarından danışıb. O bildirib ki, əməliyyat hazırda fəaliyyəti dayandırılan "Uğur 777" adlı kosmetoloji mərkəzdə həyata keçirilib. Onun sözlərinə görə, proseduru bir müddət əvvəl mediada əməliyyat zamanı rəqs etməsi ilə gündəmə gələn, "Dr. Gülü" kimi tanınan Gülbadə Abdullayeva icra edib:
"Əməliyyat ötən ilin fevralında olub. Bura kosmetoloji mərkəz idi. Mənə əməliyyat təklif etdilər, razılaşdım. Dedilər ki, axşam gəlib əməliyyata girim. Heç bir müayinə aparılmadan məni əməliyyata saldılar. Prosesin ortasında ayıldım, amma mənə yenidən anesteziya verilmədi. Əməliyyat bitəndən sonra da məni güclü ağrılar içində evə göndərdilər. Sonradan heç bir müayinə olunmadım, vəziyyətimlə maraqlanan olmadı. Evdə yalnız ağrıkəsicilər qəbul edərək qaldım. Həkimlə də əlaqə saxlaya bilmədim ki, vəziyyətimlə bağlı nəsə soruşum".
Qeyd edək ki, diplomu və lisenziyası olmayan Gülbadə Abdullayeva "estetik cərrah" kimi fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi daha əvvəl bildirmişdi ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və onun tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.
"Dr. Gülü" kimi tanınan G. Abdullayeva xəstələrə qarşı qeyri-etik davranışları ilə də gündəmə gəlib. Dəfələrlə onunla bağlı şikayətlər səsləndirilsə də, indiyədək bununla bağlı hər hansı hüquqi addım atılmayıb.
Onun əməliyyat zamanı rəqs edərkən görüntüsü yayılmışdı. Daha sonra digər pasiyent Babayeva İnci Həsən qızı bildirib ki, "Büllur" klinikasında Gülbadə Abdullayevanın həyata keçirdiyi üzgərmə əməliyyatından sonra ciddi problemlərlə üzləşib. Onun sözlərinə görə, əməliyyatdan sonra üz sinirləri zədələnib və güclü ağrılar yaranıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü





