İdman

Fəridə Lütfəliyeva UEFA-dan təyinat aldı

19 İyul 2026 17:40
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Milli.Az xəbər verir ki, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) - "Mgar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.

Fəridə Lütfəliyeva "Flora" - "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.