Azərbaycan Rio-2016-da ilk qızıl medalını qazandı! - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
21.08.2016
08:03
Taekvondoçumuz Radik İsayev finalda Niger təmsilçisi Əbdülrazaka İssufu Alfaqa üzərində qələbə qazanaraq Yay Olimpiya Oyunlarında qızıl medal əldə edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hal-hazırda Azərbaycan yığmasının hesabında on beş medal var: 1 qızıl, 4 gümüş, 10 bürünc.
Qeyd edək ki, bu Azərbaycanın Rio-2016-da qazandığı ilk qızıl medaldır.
Videonu izləmək üçün şəklə klikləyin:
----------
01.30
Radik İsayev finala gedən yolda britaniyalı Mahama Ço ilə döyüşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu dəfə də inamlı təsir bağışlayan taekvondoçumuz rəqibinə qalib gələrək finala yüksəlib - 4:1.
Finalda onun rəqibi Niger idmançısı İssufu Abdulrazak olacaq.
Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Olimpiadada bu idman növü üzrə finalda təmsil olunacaq.
---------
00:17
Taekvondoçumuz dörddəbir final mərhələsində gərgin keçən görüşdə Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqmini 12:8 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Yarımfinalda təmsilçimiz Radik İsayev iranlı Sajjad Mardani - böyük britaniyalı Mahama Ço qarşılaşmasının qalibi ilə döyüşəcək. Görüş Bakı vaxtı ilə saat 00:45-də başlayacaq.
----------------
20.08.2016
23:12
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində son olaraq Radik İsayev dayanq üzərinə çıxıb.
+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.
Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə gücünü yoxlayacaq. Görüş 23:45-də start götürəcək.
Qeyd edək ki, çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.
20:11
Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarındakı taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, "Bakı-2015"in qalibi, dünya və Avropa çempionu Radik İsayevin ilk çıxışı uğurlu olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turnirdə 80 kiloqramdan yuxarı çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz Radik İsayev səkkizdəbir final mərhələsindəki ilk görüşündə qazaxıstanlı Ruslan Japarovla qarşılaşıb.
Qazaxıstanlı idmançı ilə döyüşdə rəqibini 11:2 hesabı ilə məğlub edən milli komandamızın üzvü R.İsayev dörddəbir final mərhələsinə adlayıb.
Qeyd edək ki, "Rio-2016"dakı taekvondo yarışlarının üçüncü günündə qadınlar arasında 67 və kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
İqor Noqeyra “Sabah”dan ayrıldı
-
“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi
-
"İnter" 4 məşhur futbolçusunu göndərdi
XƏBƏR LENTİ
-
9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli
-
İlon Mask yenidən trilyoner oldu
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)







