İdman

"Xəzər Lənkəran" 9 nəfərlə məğlub olmadı - YENİLƏNİB

22 Avqust 2015 22:55
0 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:55

Topaz Premyer Liqasında III tura start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun görüşləri 3 gün davam edəcək.

Turun açılış qarşılaşmasında ilk iki oyunda bir qələbə və bir bərabərliklə 4 xal qazanmış "Xəzər Lənkəran" öz meydanında yenidən Premyer Liqaya dönən "Rəvan"la qarşılaşıb.
 
Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda azarekşlər futbol adına hər şey görüblər. Matçda 2 qol vurulub və 2 dəfə də futbolçulara qırmızı vərəqə göstərilib.
 
Ev sahibi "Xəzər Lənkəran" matçı azlıqda bitirməsinə baxmayaraq yekunda məğlubiyyətdən qaça bilib. 
 
Topaz Premyer Liqası
III tur
 
"Xəzər Lənkəran" - "Rəvan" - 1:1
Qol: Rahid Əmirquliyev, 86 (pen.) - Ramazan Abbasov, 54
Qırmızı vərəqələr: Elşən Rzazadə, 47, Skarlatake, 90+1 ("Xəzər Lənkəran")
 
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov 
"Xəzər Lənkəran" mərkəzi stadionu
 
"Xəzər Lənkəran": Orxan Sadıqlı, Rasim Ramaldanov, Eləşən Rzazadə, Orxan Əliyev, Kazım Kazımlı, İlyas Səfərzadə, Rahid Əmirquliyev, Tural Cəlilov, Adrian Skarlatake, Elnur Cəfərov, Mahsum Qəmbərli
Ehtiyat oyunçular: Tərlan Qasımzadə, Fərid Əsədov, İbrahim Qədirzadə, Zaman Mirzəzadə, Kamran Abdullazadə, Elvin Mirzəyev, Anar Babazadə
Baş məçqçi: Yunis Hüseynov
 
"Rəvan": Konstantin Maxnovski, Ruslan Tağızadə, Novruz Məmmədov, Vüqar Bəybalayev, Şerif Summa, Yamin Ağakərimzadə, Samuel Barlay, Nicat Muxtarov, Məhəmməd Alıyev, Ramazan Abbasov, Tural Qürbətov
Ehtiyat oyunçular: Rəşad Əzizli, Elvin Əliyev, Elçin İsmayılov, Cəmşid Məhərrəmov, Elvin Həsənəliyev, Cavad Kazımov, Fərid Quliyev
Baş məşqçi: Emin Quliyev

---------

21:00

Topaz Premyer Liqasında III tura start verildi. Milli.Az xəbər verir ki, turun açılış qarşılaşması başladı.

"Xəzər Lənkəran" - "Rəvan" - 0:0
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov 
"Xəzər Lənkəran" mərkəzi stadionu

---------

10:46

Bu gün Topaz Premyer Liqasında III tura start veriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun görüşləri 3 gün davam edəcək.

Turun açılış qarşılaşması bu gün saat 21:00-da baş tutacaq. İlk iki oyunda bir qələbə və bir bərabərliklə 4 xal qazanmış "Xəzər Lənkəran" öz meydanında yenidən Premyer Liqaya dönən "Rəvan"la qarşılaşacaq.
 
Cənublular fasiləyə lider kimi yollanmaq üçün, qonaqlar isə ilk qələbə üçün mübarizə aparacaqlar.
 
Bu oyun "sarı-qırmızılar"ın baş məşqçisi Emin Quliyev üçün də əlamətdar olacaq. Belə ki, milli komandamızın sabiq futbolçusu həm oyunçu, həm də məşqçi kimi çıxış etdiyi keçmiş komandası ilə ilk dəfə qarşılaşacaq.
 
Topaz Premyer Liqası
III tur
 
22 avqust
 
21:00 "Xəzər Lənkəran" - "Rəvan"

Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov 
"Xəzər Lənkəran" mərkəzi stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.