İdman

Ronaldo “Əl-Nəsr”də məşqlərə qayıtdı

9 Fevral 2026 22:27
Baxış: 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyalı furbolçu Kriştianu Ronaldo "Əl-Nəsr" klubu ilə məşqlərə qayıdıb və Səudiyyə Ərəbistanı futbol çempionatının növbəti turunda "Əl-Fəth"lə oyunda iştirak edəcək.

Milli.Az xəbər verir ki, portuqaliyalı futbolçuya və klubun əməkdaşlarına maaş üzrə yaranmış borclar ödənilib. Ronaldo komandasının ölkə çempionatında keçirdiyi son iki oyunu buraxmışdı.

"A Bola" daha əvvəl yazmışdı ki, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubun idarə olunmasından narazıdır.

Futbolçu hesab edir ki, transfer dövründə komanda lazımi səviyyədə gücləndirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.