Kulinariya

Pendirli sufle - FOTO

23 Yanvar 2016 07:00
1 Şərh     Baxış: 6 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli.Az pendirli suflenin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

150 q pendir
2 yumurta
50 q kərə yağı
50 q un 
1 st. süd

Yumurtaların ağını sarısından ayırın. 

Qazanda kərə yağını əridin. Daim qarışdıraraq unu əlavə edin. 

Qarışdırmağı dayandırmadan südü tədricən əlavə edin. 

Pendiri doğrayın. 

Qazana əlavə edib əriyənədək qarışdırın. 

Qazanı ocaqdan götürün, yumurta sarılarını əlavə edib yaxşıca qarışdırın. 

Yumurta ağlarını möhkəm çalın. 

Pendirli qarışığa əlavə edin. 

Səliqəylə, eynicinsli kütlə alınanadək qarışdırın. 

Formaları yağlayıb azca un səpin. Pendirli qarışığı formaların içinə tökün. 

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.