Günün qoroskopu: işgüzar aktivlik azala bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - əlverişli gündür. Həm işgüzar, həm də şəxsi məsələlərdə yaranmış problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Əks cinsin nümayəndələri sizə yüksək maraq göstərirlər. Bu gün romantik münasibətlərin başlanğıcı üçün uyğundur. Şəxsi cazibəniz işgüzar görüşlərdə işinizə yaraya bilər.
Buğa - öz xarakterinizin ən gözəl cəhətləri nümayiş olunan bu gündə sizə qarşı rəğbətlər anlaşılandır. Yaxın səyahətlər sizi xoş sürprizlərlə sevindirə bilər. Gözlənilməz pul gəlirləri də istisna olunmur.
Əkizlər - bu gün bir qədər uğursuzdur. Neqativ tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların diqqətini özünüzə cəlb etməyə çalışırsınız, lakin bu, baş verəndə sizin xoşunuza gəlmir.
Xərçəng - Münaqişələr və uzun müddət sizin gizli düşməniniz olan insanla açıq qarşıdurmalar ola bilər. Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz.
Şir - bu gün özünüz haqda daha çox düşünəcəksiniz. Qarşıda qoyulmuş məqsədlərə çatırsınız, bu isə sizi daha da ruhlandırır. Yaradıcılıq imkanlarınız geniş olduğuna görə, gözəl ideyalar baxımından çatışmazlıq olmayacaq. Sərmayələr, alış-veriş və maliyyə məsələlərinin həlli üçün münasib gündür.
Qız - yeni bir şeylər öyrənmək imkanını əldən verməyin. Bu, sizin üçün çox faydalı olacaq. Zövq almaq üçün daha çox cəhd göstərəcəksiniz ki, bu da cari işlərdən yayınmağınıza səbəb olacaq.
Tərəzi - insanlarla qarşılıqlı anlayışa nail olmaq, lazım olan sözləri demək çətin olacaq. Məhz bu hal əvvəlcədən əldə olunmuş razılaşmaların ləğv olunmasına, işgüzar və şəxsi münasibətlərin pozulmasına səbəb ola bilər. Şəxsi mənafelərinizi qorumağa cəhd göstərərkən, özünüzü çox sərt aparırsınız. O qədər əhəmiyyətsiz güzəştlərə gedirsiniz ki, qarşı tərəf bunu hiss edə bilmir.
Əqrəb - bu gün lazımsız xərclər də çox ola bilər. Sizin üçün qiymətli olan əşyanı itirmək ehtimalı da var. İşgüzar aktivliyi aşağı salmaq tövsiyə olunur. Sevdiyiniz insanları danlamaqdan çəkinin və nəzərə alın ki, hər bir zarafatınız insanların xətrinə dəyə bilər.
Oxatan - uğurların asanlıqla qazanıldığı, heç bir problem üzərində uzun müddət düşünməyə ehtiyac olmadığı xoş bir gündür. Demək olmaz ki, bu gün mühüm qələbələrlə yadda qalacaq, lakin siz baş verənlərdən razı qalacaqsınız.
Oğlaq - Öz maraqlarınızı qorumağa hazır olun və yaxınlarınız sizin şəxsi və ya iş həyatınıza müdaxilə etmək istəsələr, bu müdaxilələri dəf edin. İşdə əlverişli emosional situasiya formalaşacaq. Pis niyyətli adamlar sizin sakitliyinizi görüb təsim olacaqlar.
Dolça - Həyat potensialının yüksəlməsi ilə bağlı bir gündür. Bu da sizə xoş əhval, işgüzarlılıq və enerji bəxş edəcək. Qələbə çaldığınızda belə, narahatlığınız sona çatmayacaq və emosional dəstəyə ehtiyac duyacaqsınız.
Balıqlar - pis niyyətli insanlar yaltaqlıqla sizin etimadınızı qazanmağa çalışacaqlar. Siz pullara qarşı düşüncəsiz münasibət bəsləyirsiniz, bəzən onları lazımsız yerlərə xərcləyirsiniz. Biletlər və səyahət üçün əşyalar almaq tövsiyə olunmur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
May ayı BÜRClərə bunu vəd edir - Kim qazanacaq, kim itirəcək?
-
Günün qoroskopu: məhz bu anlayış sizi azad edir
-
Ən gec uğur qazanan, amma ən güclü BÜRClər - Əsl gücləri illər sonra üzə çıxır
-
Günün qoroskopu: Sevgidə qarşılıqlı anlayış ön plandadır
-
4 BÜRC üçün pul yağışı BAŞLAYIR - Şans qapını döyür
-
Günün qoroskopu: bu gün çox güclü intuisiya hiss edirsiniz
XƏBƏR LENTİ
-
Ramin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi - YENİLƏNİB
-
Nəm salfet məktəbdə problemə səbəb oldu - DİN hərəkətə keçdi
-
Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı
-
Səxavət Məmmədzadəyə vəzifə verildi
-
İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi
-
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev
-
Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI
-
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
-
Buraxılış imtahanının nəticələri elan EDİLDİ
-
Birinci-vitse prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb - VİDEO
-
İslam Səfərli küçəsi indi belə görünür - FOTOlar
-
Türkiyədən diplomatik mesaj
-
Asqırarkən etdiyi səhv ona baha başa gəldi
-
Bakıda məşhur restoranın qazı borca görə KƏSİLDİ
-
Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
-
Trampla bağlı iddialar artır
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər - FOTO
-
İranla ABŞ arasındakı gərginlik BİTDİ?
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
-
"Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb"
-
Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
-
Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI





