Milli Qəhrəman Alı Mustafayevin xatirə lövhəsi açıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədi Rayon İcra Hakimiyyətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə bu gün əməkdar jurnalist, Milli Qəhrəman Alı Mustafayevin 65 illik yubileyi münasibətilə barelyefinin açılış mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Elşad Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Teymur Bünyadov, Azərbaycan Texniki Universitetinin prorektoru, "Qazax Cəmiyyəti" İctimai Birliyinin sədri İlham Pirməmmədov, "Şərq" qəzetinin redaktoru Akif Aşırlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın şöbə müdirləri və əməkdaşları, Milli Qəhrəman Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva və ailə üzvləri, tanınmış ziyalılar, şairlər, yazıçılar, KİV nümayəndələri, rayon ictimaiyyəti və QHT nümayəndələri iştirak ediblər.
Öncə Milli Qəhrəman Alı Mustafayevin 65 illik yubileyi münasibətilə hazırlanmış barelyefin üzərindən örtük götürülüb.
Tədbiri giriş sözü ilə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq Milli Qəhrəman, şəhid jurnalist Alı Mustafayevin şərəfli həyat yolu və mətbuatdakı fəaliyyəti barədə danışıb.
Sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Azay Quliyev bildiriblər ki, Alı Mustafayev Azərbaycan mətbuatının qızıl fonduna düşən jurnalistlərdəndir. Alı Mustafayev Qarabağ münaqişəsi başlayandan bu problemin həlli istiqamətində aparılan danışıqlar, o cümlədən hərbi əməliyyatların gedişi barədə televiziya reportajları hazırlayıb: "Onun necə jurnalist olduğunu cəmiyyət tanıyır. 1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olub".
Tədbirdə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Teymur Bünyadov, Azərbaycan Texniki Universitetinin prorektoru, "Qazax Cəmiyyəti" İctimai Birliyinin sədri İlham Pirməmmədov, tələbə yoldaşları və dostları çıxış edərək Alı Mustafayevin nəsillərə örnək olan ömür yolundan və poetik yaradıcılığından söhbət açıblar.
Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva Binəqədi Rayon İcra Hakimiyyətinə və tədbirin digər təşkilatçılarına təşəkkür edib və mərhum jurnalistlə bağlı xatirələrini danışıb. Tədbirin bədii hissəsində əməkdar artist Sabir Məmmədovun və 115 və 179 saylı orta məktəblərin şagirdlərinin ifasında şeirlər səsləndirilib, kompazisiya nümayiş olunub.
Sonda rayonun ictimai-siyası həyatında fəal iştiraklarına görə Milli Məclisin üzvü Azay Quliyevə, barelyefin müəllifi Azad Əliyevə və iş icraçısı Vüsal Əyyubova Fəxri Fərman təqdim olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Toxum istehsalında yeni qaydalar tətbiq ediləcək
-
2 saatda 225 litr qan yığıldı
-
Qaradağda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
-
Cəbhə arxasında müharibə: Ukrayna Rusiyanın logistikasını hədəfə alır
-
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
-
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
-
Astarada 60 yaşlı kişi mağazada öldü
-
Venesuelada güclü zəlzələ: 32 ölü, 700-dən çox yaralı - (Video)
-
Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı - (Foto)
-
Bu gün işdən tez çıxa biləcəksiniz
-
Bakının mərkəzində minik avtomobili alışdı - (Video)
-
"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - (Foto)
-
Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir
-
Neft qiymətləri ucuzlaşıb
-
Zibilləri atmaq əvəzinə 20 mərtəbəli taxta göydələn tikdilər (Foto)
-
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
-
Qatıqlı keks resepti
-
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq





