Ölkə

"Azərbaycanda növbəti sənaye zonası Hacıqabulda yaradılacaq"

14 Aprel 2017 13:27
2 Şərh     Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda növbəti sənaye zonası Hacıqabulda yaradılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, sənaye zonalarının yaradılması ölkədə qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərir:

"Hazırda ölkə ərazisində Neftçala sənaye zonası fəaliyyət göstərir. Burada bir sıra layihələr reallaşdırılır, onlardan səkkizi ilin sonunadək fəaliyyətə başlayacaq. Masallı sənaye zonasının yaradılması üzrə tikinti işlər davam edir. Bundan başqa, yeni sənaye zonalarının yaradılması üçün regionlar seçilir. Növbəti belə zona Hacıqabul rayonu ərazisində yaradılacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.