İdman

Azərbaycan gimnastları daha dörd medal qazanıblar - "AGF Trophy" - FOTO

30 Mart 2025 22:02
Baxış: 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın bədii gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirinin son günündə daha dörd medal qazanıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, böyüklərin yarışında Zəhra Cəfərova topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni proqramda çıxış edən Kamilla Seyidzadə isə gümüş mükafata sahib çıxıb.

İlona Zeynalova halqalarda ikinci, Z.Cəfərova lentlərlə hərəkətlərin icrasında üçüncü yeri tutub.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.