Daha xoşbəxt yaşamaq üçün gündə 20 dəqiqədən az vaxt aparan 3 vərdiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lori Santos - "Harvard" Universitetində təhsil almış xoşbəxtlik üzrə ekspert
İnsanların əksəriyyəti onları nəyin xoşbəxt etdiyini düzgün proqnozlaşdıra bilmir...
İnsanlar çox zaman daha yüksək maaşlı işin və ya vəzifə artımının onlara sevinc və məmnunluq gətirəcəyini düşünür. Əgər insan kirayə haqqını ödəməkdə çətinlik çəkirsə, bu müəyyən qədər doğrudur. Lakin rahat yaşamağa kifayət edən gəlir varsa, o zaman gündəlik həyata sağlam yanaşmanı təmin edən kiçik vərdişlər - istirahət və sosial əlaqə kimi amillər - daha çox xoşbəxtlik gətirə bilər. Santos bu fikirləri 12 mart tarixində "SXSW" festivalı çərçivəsində keçirilən "Tom Neş ilə sonuncu yemək" adlı müsahibə seriyasında səsləndirib.
"Yel" Universitetinin psixologiya professoru olan Santos əlavə edib ki, daha çox pul qazanmaq və ya karyera hədəflərinə çatmaq üçün yuxudan, idmandan və yaxın insanlarla keçirdiyiniz vaxtdan imtina etmək xoşbəxtliyə mənfi təsir göstərir. Onun fikrincə, xoşbəxtliyə daha sürətli çatmaq və onu uzunmüddətli saxlamaq üçün həyatın bu əsas sahələrinə önəm verilməlidir.
"Mal-mülk şöhrət və ya iş yerində əldə olunan mükafatlar... Biz düşünürük ki, məhz bunlar bizi irəli aparacaq", - deyə Santos bildirib. "Lakin çox zaman bu məqsədləri elə şeylərdən imtina edərək əldə etməyə çalışırıq ki, onlar əslində bizim üçün daha vacibdir."
2022-ci ildə "Journal of Personality and Social Psychology" jurnalında dərc olunmuş meta-analiz göstərib ki, sosial, emosional və fiziki sağlamlıqla bağlı məqsədlər, başqalarının təqdirinə əsaslanan uğurlardan daha çox rifaha təsir edir.
Lori Santos xoşbəxtliyi artırdığı elmi şəkildə sübut olunmuş üç sadə vərdişi təqdim edib:
Minnətdarlıq hissi ilə yaşamaq
Araşdırmalar göstərir ki, minnətdar olduğunuz şeyləri - məsələn, başınızın üstündə bir damın olması, etibarlı münasibətlər və ya zövq aldığınız bir hobbi - yazmaq həm xoşbəxtliyi, həm də fiziki sağlamlığı artırır.
2023-cü ildə təqdim olunan "Gənclər üçün rifah elmi" adlı onlayn kursda Santos bildirib ki, minnətdarlıq gündəliyini davamlı aparmaq zamanla daha çox fayda verir. "Tvente" Universiteti və "Şərqi Vaşinqton" Universitetinin psixoloqları tərəfindən aparılmış 2020-ci il araşdırmasına görə, gündə 15 dəqiqə, həftədə 5 gün və 6 həftə ərzində minnətdarlıq praktikası insanın psixi sağlamlığını yaxşılaşdırır.
Digər tədqiqatlar bu vərdişin stressi azaltdığını, zehni aydınlığı artırdığını, münasibətləri və yuxunu yaxşılaşdırdığını göstərir. Əgər gündəlik yazmaq sizə uyğun deyilsə, minnətdarlığı təşəkkür məktubları yazmaq, yad insanların kiçik xoş niyyətlərini müşahidə etmək və ya sizə göstərilən yaxşılıqları xatırlamaq kimi yollarla da tətbiq edə bilərsiniz.
Gecə yuxusunu artırmaq - gündəlik cəmi 20 dəqiqə belə kifayətdir
Araşdırmalar göstərir ki, gecə yeddi saatdan çox yuxu beyinin fəaliyyətini, əhval-ruhiyyəni və ümumi sağlamlığı yaxşılaşdırır, həmçinin ürək-damar xəstəlikləri və demensiya riskini azaldır.
Santos kursda bildirib ki, "Əgər kollecdə və ya məktəbdə oxuyan gəncləri daha çox yatmağa məcbur edə bilsək, psixi sağlamlıqla bağlı bir çox problemi həll etmiş olarıq."
Yuxunun keyfiyyətini artırmaq üçün o, mobil telefonu başqa otaqda qoymağı və oyanmaq üçün saatdan istifadə etməyi tövsiyə edir. "Bəli, görüləcək işlər çoxdur... amma əgər kifayət qədər yuxu ala bilsəniz, psixi sağlamlığınız gözlədiyinizdən daha çox yaxşılaşacaq", - deyə Santos qeyd edib.
Uzunömürlülük üzrə ekspert Punam Desay isə "CNBC Make It" platformasına bildirib ki, orqanizmin sağlam qalması üçün kifayət qədər yuxu almaq ən vacib amildir. "Bu, hər gün etdiyimiz bir şeydir. Tamamilə pulsuzdur. Onu hər gün daha yaxşı şəkildə edə bilərsiniz", - deyə o vurğulayıb.
Sosial ünsiyyət qurmaq
Sosial media və mesajlaşma tətbiqləri dostlar və ailə üzvləri ilə ünsiyyət üçün imkan yaratsa da, realda danışmaq və ya üzbəüz görüşmək qədər psixoloji fayda vermir. Bu barədə Santos 2024-cü ilin dekabrında "Huberman Lab" podkastında danışıb.
"İnsan xoşbəxtliyinin proqnozlaşdırıcısı olan iki əsas faktor var: dostlar və ailə üzvləri ilə keçirdiyiniz vaxt və sadəcə olaraq başqalarının fiziki varlığı ilə bir yerdə olmağınız", - deyə o qeyd edib.
Santos əlavə edib ki, hətta həftəlik qəhvə mağazası səfərləri zamanı yerli barista ilə qısa söhbətlər belə xoşbəxtliyi artırır - istər introvert, istərsə də ekstrovert olun.
"Bu, sizə həyatınızın daha yaxşı getdiyini hiss etdirir. Daha az tənha hiss edirsiniz. Sosial olmaq, fərqinə varmadan bir çox müsbət nəticələr gətirir", - deyə Santos bildirib./valyuta.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arda Gülərin yeni maaşı bəlli oldu – Kəskin artdı
-
Aktrisa Dilara: "Estetikim yoxdur, botoks etdirmirəm, özümü gözəl hesab etmirəm”
-
Sərxan Kərəmoğlu: "Yazırlar ki, Allah sənə ölümün tezini nəsib eləsin, tez gedəsən"
-
Türkan Vəlizadəni “Yeraltı”nın aktrisasına bənzətdilər (Foto)
-
"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - (Video)
-
“Avroviziya”da Azərbaycanı təmsil etmək istəyirəm" (Video)
XƏBƏR LENTİ
-
Arda Gülərin yeni maaşı bəlli oldu – Kəskin artdı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər
-
Aktrisa Dilara: "Estetikim yoxdur, botoks etdirmirəm, özümü gözəl hesab etmirəm”
-
İtkinlər məsələsində ikili yanaşma: Qırmızı Xaçın fəaliyyəti sual altında
-
Bakıda yeni avtobus marşrutu yaradılır
-
İrəvandakı konfransın əsl məqsədi: Ermənistan nədən yayınmağa çalışır?
-
4 010 azərbaycanlının taleyi niyə gizli saxlanılır?
-
Sərxan Kərəmoğlu: "Yazırlar ki, Allah sənə ölümün tezini nəsib eləsin, tez gedəsən"
-
Azərbaycan rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib
-
Kolleclərə qəbul 11-ci sinifdən aparılacaq, qiyabi təhsil ləğv ediləcək
-
Türkan Vəlizadəni “Yeraltı”nın aktrisasına bənzətdilər (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - (Foto)
-
"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - (Video)
-
İtkinlərin taleyi ilə bağlı Ermənistanın yerinə yetirmədiyi vədlər
-
Azərbaycanda əhalinin sayı 0,2 faiz artıb
-
"Ermənistan bu mövzuda tədbirlər keçirmək əvəzinə..."
-
Şərqə açılan yeni pəncərə: Azərbaycanın geosiyasi nüfuzu genişlənir - Məqalə
-
Ləğv olunan bankın Bakıda milyonluq əmlakları satışa çıxarılır - Qiymətlər
-
“Avroviziya”da Azərbaycanı təmsil etmək istəyirəm" (Video)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Rusiyanın atdığı raket Polşa ərazisinə düşdü – (Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elgizin verilişində 80 yaşlı qadının görünüşü diqqət çəkdi - (Video)





