Dünya

ABŞ nüvə silahı arsenalını modernləşdirməlidir - Nazir

30 Mart 2025 22:45
Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin energetika naziri Kris Rayt hesab edir ki, Vaşinqton nüvə silahı arsenalını modernləşdirməlidir.

Modern.az xəbər verir ki, o, bu fikri "Fox News" telekanalına müsahibəsində bildirib.

"ABŞ İkinci Dünya Müharibəsi zamanı Manhetten Layihəsi vasitəsilə inanılmaz nailiyyət əldə etdi: dünyanın ilk atom silahını yaratdı. Bu, İkinci Dünya Müharibəsinin erkən başa çatmasına, on və ya yüz minlərlə amerikalının həyatını xilas etməyə imkan verdi. Sonra yeni nüvə silahlarının inkişafı olmadan üç onillik bir dövr gəldi və bütün arsenalımız köhnəldi. İndi bizə lazım olan nüvə ehtiyatlarını artırmaq deyil, silahları modernləşdirməkdir", - o söyləyib.

Nazir həmçinin bildirib ki, nüvə silahı ilə bağlı əsas məsələ ondan istifadə etməməkdir. (Modern.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.