Siyasət

“Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

1 Aprel 2025 17:48
Baxış: 378

Rusiyanın "Sberbank" Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

Baharın, yenilənmənin və rifahın rəmzi olan Novruz bayramı münasibətilə Sizi təbrik edirəm.

Bir çox xalqların qeyd etdiyi bu qədim bayram quruculuğun və birliyin ahəngini təcəssüm etdirir, bizə zəhmətsevərliyin, qarşılıqlı anlaşmanın və dəyişikliyə can atmağın vacibliyini xatırladır. Novruz əsrlər boyu olduğu kimi, bu gün də yalnız təbiət bayramı deyil, həm də dostluq ənənələrinin, anlaşmanın, qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.

Qoy bu bayram bizi yeni nailiyyətlərə, uğurlu əməkdaşlığa və cəmiyyətin rifahı naminə məhsuldar fəaliyyətə ruhlandırsın.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.