Dünya

Livan İsraili atəşə tutan silahlıları həbs etdi

30 Mart 2025 22:19
Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Livan Ordusu martın 28-də İsrailin şimal rayonlarını atəşə tutan silahlıları həbs edib.

Milli.Az-ın xəbərinə görə, Livan Ordusu İsrail ərazisinə raket atılmasında iştirak edən suriyalı və fələstinlilərdən ibarət qrupu saxlayıb.

İsrail ölkənin şimalındakı Kiryat-Şmon şəhərinin martın 28-də atəşə tutulmasına cavab olaraq Livanın cənubundakı Hizbullah obyektlərinə, o cümlədən Beyruta aviazərbələr endirib. Bu, 27 noyabr 2024-cü ildə imzalanan atəşkəsdən sonra Beyruta endirilən ilk zərbələr olub.

Xatırladaq ki, Livan Prezidenti Cozef Aun aparılan araşdırma zamanı Hizbullahın İsrailin şimalına zərbə endirmədiyinin üzə çıxdığını bildirmiş və atəş açan silahlıların müəyyənləşdirilməsinə çalışdıqlarını bəyan etmişdi. /APA
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.