Milli Qəhrəmanlarımızın unudulmaması üçün təqdirəlayiq addım - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının 100 məktəbində "Milli Qəhrəmanlar" guşəsi yaradılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihəyə Bakının 100 nömrəli tam orta məktəbindən start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, məktəblilərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin çağırışaqədərki hazırlığının yüksəldilməsi məqsədilə təşkil edilmiş "Milli Qəhrəmanlar" guşəsinin açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsi, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Binəqədi rayonu şəhid ailələri və Qarabağ əlilləri təşkilatının nümayəndələri, habelə Binəqədi rayonunda yerləşən məktəblərin şagird və pedaqoji kollektivləri iştirak ediblər.
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Zabit Quliyev, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanov çıxış edərək Milli Qəhrəmanlarımızın döyüş yollarından bəhs edib, gənclərə tövsiyələrini veriblər.
Tədbirdə şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirib və maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.
Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən məktəbin pedaqoji kollektivi və şagirdləri fəxri fərmanlar, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanov isə "General Əliağa Şıxlınski" yubiley medalı ilə təltif edilib.
Qeyd edək ki, məktəblilərdə milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş Vətən övladları haqqında daha geniş təəssürat yaratmaq məqsədilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşəbbüsü ilə 100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsinin yaradılması nəzərdə tutulub.
Zərif Nisə
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Toxum istehsalında yeni qaydalar tətbiq ediləcək
-
2 saatda 225 litr qan yığıldı
-
Qaradağda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
-
Cəbhə arxasında müharibə: Ukrayna Rusiyanın logistikasını hədəfə alır
-
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
-
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
-
Astarada 60 yaşlı kişi mağazada öldü
-
Venesuelada güclü zəlzələ: 32 ölü, 700-dən çox yaralı - (Video)
-
Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı - (Foto)
-
Bu gün işdən tez çıxa biləcəksiniz
-
Bakının mərkəzində minik avtomobili alışdı - (Video)
-
"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - (Foto)
-
Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir
-
Neft qiymətləri ucuzlaşıb
-
Zibilləri atmaq əvəzinə 20 mərtəbəli taxta göydələn tikdilər (Foto)
-
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
-
Qatıqlı keks resepti
-
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq





