Dünya

“Qərar Brüsseldə deyil, Soçidə veriləcək” - Silayev

25 Noyabr 2021 23:19
0 Şərh     Baxış: 742

"Brüsseldəki görüş zamanı Soçi görüşündə gözlənildiyi kimi heç bir qərar qəbul edilməyəcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu news.am-a müsahibəsində MDBMİ-nin baş elmi işçisi, rusiyalı tədqiqatçı  və politoloq Nikolay Silayev noyabrın 26-da Soçidə keçiriləcək Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü və onun mümkün nəticələrini şərh edərkən bildirib.

"Düşünürəm ki, bu ilin yanvarında olduğu kimi hansısa üçtərəfli bəyanat qəbul ediləcək. Brüsseldə gözlənilən görüş bu görüş kimi hazırlanmamışdı. Brüsseldəki görüş zamanı Soçidəki görüşdə gözlənildiyi kimi heç bir qərar verilməyəcək, çünki Brüsseldəki görüş gözlənilmədən təşkil olunub. Bəli, orada görüşəcəklər, bir-birlərinə nəsə deyəcəklər, vəssalam, biz Soçi görüşündən konkret qərarlar gözləyirik. Soçi görüşünün elan edilməsi və baş tutması onu göstərir ki, bu istiqamətdə kifayət qədər intensiv iş aparılır, Brüssel görüşündə bu, nəzərə çarpmır", - Silayev bildirib.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.