İsrail İranın nüvə obyektlərinə hücum ssenarisini nəzərdən keçirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrail İranla nüvə sazişi üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə hadisələrin inkişafı üçün hərbi ssenarini nəzərdən keçirir. Bu barədə BBC xəbər verir.
Bundan əvvəl İsrail Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ABŞ-la birlikdə bir sıra irimiqyaslı təlimlər keçirib. Qeyd olunur ki, bu təlimlər İrana ciddi xəbərdarlıq etmək məqsədi daşıyırdı.
Nüvə danışıqları uğursuzluqla nəticələnərsə və müttəfiqlər İslam Respublikasına qarşı güc tətbiq etməkdən imtina edərsə, İsrail bu ölkəyə qarşı təkbaşına qala biləcəyindən narahatdır. İsrail hökuməti ölkənin silahlı qüvvələrini İranın nüvə obyektlərinə potensial zərbəyə hazırlamaq üçün 1,5 milyard dollar ayırıb.
İsrail təhlükəsizlik rəsmisinin sözlərinə görə, "İsrail İranla müharibədə maraqlı deyil, lakin biz Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik. İranın nüvə proqramının irəliləyişini nəzərə alaraq, biz bütün variantları və ssenariləri nəzərdən keçiririk".
Noyabrın 29-da Vyanada İranla nüvə sazişi üzrə danışıqlar davam etdiriləcək. Danışıqlarda beş dövlət iştirak edəcək, ABŞ dolayı yolla prosesə qatılacaq.
Tehran nüvə silahı istehsal etmək niyyətində olmadığını və obyektlərdə fəaliyyətini dinc məqsədlər üçün həyata keçirdiyini təkid edir. Buna baxmayaraq, MAQATE İranda zənginləşdirilmiş uranın miqdarının sürətlə artmaqda davam etdiyini narahatlıqla qeyd edir.
"Bu gün iranlılar nüvə silahı üçün material yaratmağa keçmişdə olduğundan daha yaxındırlar. Bu faktın İsrail dövlətinin təhlükəsizliyinə ciddi təsiri var", - mənbə əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı - (Foto)
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
XƏBƏR LENTİ
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı - (Foto)
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)





