Dünya

Meksikada 65 nəfərin basdırıldığı gizli qəbiristanlıq aşkarlanıb

18 Noyabr 2021 10:26
0 Şərh     Baxış: 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Verakruz ştatında gizli məzarlardan birində xeyli sayda insan meyiti aşkarlanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, hadisə Alvarado şəhərində qeydə alınıb.

Adiyyəti orqanların nümayəndələri, o cümlədən prokurorluq və polisin müşayiəti ilə çıxarılan meyitlərin ümumilikdə 65 nəfərə aid olduğu bildirilir. Qeyd edilir ki, ərazidə axtarışlar davam etdiriləcək və insanların ölüm səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılacaq.

Məlumata görə, meyitlərin üzərindəki şəxsi əşyalar, bank kartları, şəxsiyyəti təsdiq edən sənədlər onıarın 2011-2012-ci illərdə cinayətkar qruplaşmalar arasında gedən silahlı toqquşmalar zamanı öldürüldüyünü göstərir.

Daxili İşlər Nazirliyinin Milli Axtarış Komissiyasının məlumatına görə, Verakruz, Sinaloa, Kolima, Herrero və Sonora ştatları ölkədə ən məxfi məzarların aşkar edildiyi yerlər siyahısındadır.

Meksikadakı axtarış komissiyasının hesabatına görə, ölkədə itkin düşdüyü bildirilən 94 500 nəfərdən xəbər yoxdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.