Dünya

Sosial şəbəkədə paylaşım etdikdən sonra ata-anasını öldürüb, intihar etdi

18 Noyabr 2021 08:38
0 Şərh     Baxış: 1 114
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə 20 yaşlı gənc ata-anasını öldürəndən sonra intihar edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Yusuf Çağrı Ekici adlı gənc əvvəlcə anası Sakine Ekicini, ardınca atası Yusuf Ekicini mətbəxdə silahla vurub.

Ata-anasını qətlə yetirdikdən sonra otağına keçən gənc zəhər içərək özünü də öldürüb.

Sonradan məlum olub ki, o, işlədiyi cinayətlə bağlı bir gün əvvəl sosial şəbəkədə paylaşım edib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.