Dünya

“Taliban”dan Əfqanıstandakı Buddist irsi ilə bağlı açıqlama

17 Noyabr 2021 13:58
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" ölkədəki Buddist irsini qoruyacağına söz verib. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Taliban"ın Mədəniyyət və İnformasiya Nazirliyinin Arxeologiya Departamentinin rəhbəri Zabiulla Sadat məlumat verib.

O qeyd edib ki, ölkədəki tarixi abidələr, o cümlədən Budda heykəlləri mühafizə olunacaq, ehtiyac yaranarsa bərpa ediləcək.

Z.Sadat həmçinin əlavə edib ki, "Taliban" tarixi abidələri mühafizə etmək üçün xüsusi dəstələr ayıracaq.

"Taliban" abidələrin bərpası ilə bağlı xarici təklifləri nəzərdən keçirməyə də hazırdır", - deyə "Taliban" rəsmisi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.