Dünya

Cari ildə İtaliyada 103 qadın qətlə yetirilib

15 Noyabr 2021 21:30
0 Şərh     Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada ilin əvvəlindən bu vaxtadək yüzdən çox qadın qətlə yetirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliya polisinin Cinayət İdarəsinin hazırladığı "qəsdən adam öldürmə" adlı hesabata görə, cari ildə ölkədə ümumilikdə 247 qətl hadisəsi qeydə alınıb. Bunlardan 103-nün qadın qətli olduğu bildirilir. Həmin 103 qətl hadisəsindən 87-si məişət zorakılığı nəticəsində baş verib.

Hesabatda İtaliyada hər üç gündə bir qadının qətlə yetirildiyi qeyd edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qadınların qətlə yetirilməsi faktlarında 6 faiz artım olub.

Qeyd edək ki, 2018-ci ildə İtaliyada 141, 2019-cu ildə 111, keçən il isə 116 qadın qətlə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.