Dünya

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 99 nəfərə çatıb, ölən var - YENİLƏNİB - VİDEO

15 Noyabr 2021 10:17
0 Şərh     Baxış: 2 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

10:17

İranın cənubunda baş verən ardıcıl zəlzələlər nəticəsində yaralananlarına sayı 99 nəfərə çatıb. 

Milli.Az "Tasnim"ə istinadən xəbər verir ki, bunu Hörmüzqan əyaləti Tibb Universitetinin nümayəndəsi Fatimə Nuruzian bildirib. 

Onun sözlərinə görə, xəsarət alanlardan 88 nəfərinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

-----------

14.11.2021
23:45

İranın cənubunda yerləşən Hörmüzqan vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər bildirib.

C.Miadfər qeyd edib: "Bəndər Abbas şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb".

Onun sözlərinə görə, 22 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər ölüb.

---------

20:30

İranın cənubunda baş verən zəlzələ nəticəsində azı 1 nəfər həyatını itirib, 27 nəfər xəsarət alıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər verib.

Bildirilir ki, yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb, onların gücü 6,1 - 6,5 bal arasında dəyişib.

---------

16:51

Bu gün yerli vaxtla saat 15.36 radələrində İranın Hürmüzgan əyalətinin Keşm qəsəbəsində 6,4 maqnitudalı zəlzələ olub.

Milli.Az bildirir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.

Yerli vaxtla saat 15.37 radələrində isə Keşm qəsəbəsinin Laft bölgəsində 6,3 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

İlkin məlumata görə, elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.