Dünya

"İşgəncələr kralı” həbs edildi

13 Noyabr 2021 22:57
0 Şərh     Baxış: 1 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentinada diktatorluq zamanı "işgəncələr kralı" adını qazanan keçmiş hərbçi Karlos Kialketa həbs edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, polis ölkənin şimal-şərqindəki Salta şəhərində basqın edərkən Karlosu bir evdə şkafın içində ələ keçirib.

Uzun illərdir ki, polis tərəfindən axtarışda olan Karlos 1976-cı illərdə törətdiyi adam qaçaqmalçılığı, işgəncə və digər cinayətlərdə ittiham olunacaq.

Sosial şəbəkələrdə Karlosun şkafın içindən çıxması fotoları ciddi müzakirələrə səbəb olub.

Argentina təhlükəsizlik naziri Anibal Fernandez bildirib ki, Karlos haqqında beynəlxalq həbs qərarı çıxarılıb: "Qaçaq Karlos Kialketa basqın edilən evdəki şkafda gizlənirdi. Sahə fəaliyyəti və telefon dinləmələri sayəsində onu saxladıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.