Dünya

Yelisey sarayında hərbçi qadın zorlandı

14 Noyabr 2021 01:33
0 Şərh     Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Parisdəki Yelisey sarayında zorlanma hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq şikayətlə sarayda xidmət edən hərbçi qadın şəhərin 8-ci rayonundakı polis bölməsinə müraciət edib.

İnsidentin iyul ayında baş verdiyi bildirilib.

Qadının sözlərinə görə, hadisə saraydakı otaqlardan birində yaşanıb. Cinayətkar isə onun hərbçi həmkarı olub.

Yelisey sarayının mətbuat xidmətindən verilən açıqlamaya görə, cinsi zorakılığın qurbanı olmuş qadına hərtərəfli yardım və dəstək göstərilib.

Həmçinin, xanımın saraydan kənar xidmətə keçirilməsi təmin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.