Dünya

Almaniyada COVID-19-a yoluxma sayında yeni antirekord qeydə alınıb

11 Noyabr 2021 04:17
0 Şərh     Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada son sutkada COVID-19 infeksiyasına 39 676 təsdiq edilmiş yoluxma halı qeydə alınıb, bu isə pandemiya baş qaldırandan indiyədək ən yüksək göstəricidir.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutunun məlumatlarından məlum olur.

Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 844 054 nəfərə yüksəlib.

Gün ərzində 236 nəfər koronavirus xəstəsi ölüb. Bununla da, pandemiya dövründə bu səbəbdən ölənlərin sayı 96 963 nəfərə çatıb.

Ötən həftə Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan Almaniyanın pandemiyanın 4-cü dalğası ilə üzləşəcəyini və bunun "peyvənd olunmamışların pandemiyası" olacağını bildirmişdi. Şpan gücləndirici doza peyvəndləməsinin templərindən narazılığını ifadə edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.