Dünya

Cəsəd yarılmasını şouya çevirdilər: Biletlər 500 dollara satıldı - FOTO

5 Noyabr 2021 12:40
0 Şərh     Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Luiziana ştatı sakini, İkinci Dünya müharibəsi veteranı, 98 yaşında koronavirusdan vəfat etmiş Devid Sonders cəsədinin elmi məqsədlər üçün istifadə olunmasını vəsiyyət edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, onun cansız bədəni "Ölüm haqqında elm" şousu zamanı tamaşaçıların gözü qarşısında yarılıb.

Şou oktyabrın 17-də Portlenddəki "Marriot" hotelinin zalında təşkil olunub.

Prosesi müşahidə etmək üçün izləyicilər qiyməti 500 dollaradək olan biletləri əldə ediblər. Onlardan biri şou zamanı gizli çəkdiyi görüntüləri yayıb və bununla da baş verənlər üzə çıxıb.

Görüntülər ciddi qalmaqala səbəb olub. Mərhumun həyat yoldaşı ərinin cəsədindən "bir tikə ət kimi" şou məqsədilə istifadə edildiyinə görə hiddətlənib. O, təşkilatçıları məhkəməyə verməklə hədələyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.