Dünya

Polis onları əzişdirəcək - Zohrabyan

1 Noyabr 2021 16:30
0 Şərh     Baxış: 1 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu gündən İrəvan küçələrində polis terrorunun payız-qış mövsümü başlayacaq. Paşinyan əleyhinə mitinqə çıxanları bir sıra bəhanələrlə həbsə atacaqlar".

Milli.Az Publika.az-a istinadla xəbər verir ki, bunu keçmiş deputat Naira Zohrabyan deyib. O bildirib ki, dünyanın heç bir yerində belə yanaşma mövcud deyil:

"Məsələn, açıq yerlərdə maska ​​taxmayan insanlar cərimələnəcək və polis "qəhrəmancasına" onların ən itaətsizlərini asfaltda möhkəmcə əzişdirəcək. Pandemiyanı bəhanə gətirib insanları küçəyə çıxmağa qoymayacaqlar. Hökumət hətta açıq yerlərdə maska taxmağın vacib olduğunu rəsmi qərarla bildirdi. Buna da ehtiyac yox idi".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.