Dünya

Gürcüstanda yerli seçkilərin ikinci turu başa çatıb

30 Oktyabr 2021 20:07
0 Şərh     Baxış: 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, səsvermə prosesinə yerli vaxtla saat 20:00-da yekun vurulub.

Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına əsasən, Gürcüstan üzrə seçici fəallığı 39,5 %, Tbilisidə isə 38,7 % təşkil edib.

Xatırladaq ki, bu gün qonşu ölkədə Tbilisi də daxil olmaqla 20 şəhər və rayona mer, həmçinin 24 majoritar dairədə yerli məşvərətçi orqana (sakrebulo) deputatlar seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.