Rusiyanın Volqaqrad vilayət məhkəməsi Azərbaycan vətəndaşı Timur Qabrilovu öldürməkdə təqsirli bilinən Vitali Vasilyevi 19 il müddətinə azadlıqdan məhrum edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 2020-ci ilin iyununda Vasilyev Volqaqrad Tibb Universitetinin tələbəsi Qabrilovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.
Qətlin səbəbi Vasilyevin gəlmələrə nifrəti olub.
Milli.Az